Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu, polisə qarşı qərəzdir – DİN

Baxılıb: 878     Tarix: 19-07-2020 14:21   

Dünən sosial şəbəkələrdə iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüş zamanı ictimai qaydanı pozan şəxslərdən bəzilərinin polis əməkdaşları tərəfindən saxlandıqdan sonra guya pul müqabilində buraxılmalarına dair statuslar paylaşılıb.
Çox təəssüflər olsun ki, cəmiyyətimizdə öz dövlətinə, onun qanunlarına və hamının asayişinin və təhlükəsizliyinin keşiyində duran polis əməkdaşlarına belə iftira atanlara hələ də rast gəlinir. Birmənalı olaraq bildiririk ki, həmin statuslarda yazılanlar qərəzdən, polisin işgüzar nüfuzuna xələl gətirən və heç bir konkret fakta söykənməyən əsassız iddiadan başqa bir şey deyil.
Qanunvehedef.az xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə bəzi polis əməkdaşları barədə yayılanlarla bağlı açıqlamasında yer alıb.
"Onu da vətəndaşlarımızın nəzərinə bir daha çatdıraq ki, hazırda polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aksiya zamanı təxribatçı hərəkətlərə yol vermiş şəxslərin kimliyinin müəyyən edilməsi və hüquqi qiymət verilməsi istiqamətində tədbirlər görülür. İstintaq zamanı bu hərəkətlərə yol vermiş şəxslər ərazi polis orqanına dəvət edilir, təqsiri sübuta yetirilənlər barəsində müvafiq tədbirlər görülür, digərləri isə sərbəst buraxılırlar", - deyə bildirilir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar