Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Jurnalist aclığa başladı: Prezidentə müraciət...

Baxılıb: 661     Tarix: 26-07-2020 16:08   

Anews.az xəbər portalının bölgə müxbiri Zaur Qənbərov aclıq aksiyasına başlayıb.
Qanunvehedef.az xəbər verir ki, buna səbəb peşə vəzifəsini yerinə yetirdiyi zaman Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy şöbəsinin binasında həmin qurumun rəhbəri və onun sürücüsü tərəfindən döyülməsinə baxmayaraq, hüquq-mühafizə orqanları tərəfindən işə obyektiv baxılmaması və jurnalistə qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə açılmış cinayət işinin məhkəməyə göndərilməsidir.
Bildirilib ki, bu il mayın 4-də peşə fəaliyyətini həyata keçirərkən DSMF Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov jurnalistə hücum çəkib, onu təhqir edib, döyüb, bu hadisəni videoya çəkdiyini gördükdə isə telefonunu əlindən alaraq ayaq altına atıb, təpiklə zərbə vuraraq sındırıb:
“Buna baxmayaraq, Gədəbəy Rayon Polis Şöbəsində qarşı tərəfə yox, jurnalistə qarşı cinayət işi qaldırılıb və qərəzli şəkildə tamamlanaraq prokurorluğa göndərilib. İstintaqa və prokurorluğa təqdim etdiyimiz heç bir sübut və etiraz qəbul edilmədən gənc təqsirli hesab edilib. İstintaqın qərəzli aparıldığına dair Daxili işlər nazirinə və Baş prokurora yazdığımız bütün şikayətlər araşdırılmaq üçün yerli qurumlara,yəni faktiki barələrində şikayət etdiyimiz adamların özlərinə qaytarılıb və bu qətiyyən anlaşılan deyil”.
Zaur Qənbərov ölkə baçısı İlham Əliyevə müraciət edib və aclıq aksiyasına başlayıb.
"Mənim yeganə günahım Sizin çağırışınıza uyğun olaraq rayonda baş verən neqativ hallar barədə məqalələr yazmağım və həmin məqalənin aid olduğu qurumların rəhbərlərindən, o cümlədən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevdən bu yazıları silmək müqabilində "hörmət" qəbul etməməyimdir. Mənim əlimdə günahsızlığımı sübut edən çoxsaylı əsaslandırılmış sübutlar var. Mən öz qanunsuz mühakiməmlə barışa bilmərəm və bu qanunsuzluğa etiraz olaraq ölüm aclığına başlayıram. Sizin bu hadisəni öz nəzarətinizə götürəcəyiniz günədək aclığı davam etdirəcəm”, - deyə jurnalist Prezident İlham Əliyevə ünvanladığı müraciətində bildirib.шаблоны для dle 11.2