Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Xoş gəldin, Türk Ordusu - Video

Baxılıb: 701     Tarix: 28-07-2020 14:20   

Bir millət - iki dövlət! Azərbaycan-Türkiyə! Qəhrəman türk ordusunu gözəl Naxçıvanımızda əziz hərbiçilərimizlə və əsgərlərimizlə birlikdə görmək insana çox duyğulu anlar yaşadır. Bu mənzərə düşmənə ciddi mesajdır. Sadəcə işğalçı erməni zehniyyətinə verilən mesaj deyil. Eyni zamanda bu, işğalçının arxasındakı açıq və gizli dəstəkçilərə, havadarlara da çox ciddi bir mesajdır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
“Ümumilli liderimiz Heydər Əliyevin hər zaman xüsusi diqqət yetirdiyi və bu gün də cənab Prezidentimiz tərəfindən ən yüksək səviyyədə atılan addımlarla daha da güclənən Azərbaycan - Türkiyə birliyi bu regionda Azərbaycan və Türkiyə ilə bərabər bütünlükdə türk dünyasının güclənməsində də böyük rol oynayır. Eyni zamanda qardaş Türkiyəmizin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, Türkiyə rəsmləri, siyasiləri və türk xalqının Tovuz istiqamətində baş verən erməni təxribatları zamanı bütün dünyaya “Azərbaycan tək deyil, onun yanındayıq” deyə verdiyi mesajı sadəcə bugünkü nəsillər deyil, gələcək nəsillər də şükranla anacaq. Cənab Prezidentimizin hər zaman söylədiyi “Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür” və “Bir-birimizi daha da gücləndirmək, birliyimizi daha da möhkəmləndirmək bizim siyasətimizdə əsas yer tutur” fikrini, bu istiqamətdə görülən böyük işləri də bugünkü və gələcək nəsillər hər zaman şükranla anacaq. Çünki bu birliyin güclənməsi əslində Türk dünyasının daha da güclənməsi deməkdir.
Öz Vətəninizə xoş gəldiniz, Türk Ordusu!” – Q.Paşayeva qeyd edib.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər