Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ölkədə test çatışmazlığı var? - TƏBİB

Baxılıb: 961     Tarix: 04-08-2020 15:44   

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda COVİD-19 virusunun müəyyən edilməsi üçün istifadə edilən testlərin çatışmazlığı barədə yayılan məlumatlara münasibət bildirib.
Qanunvehedef.az xəbər verir ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Trend-ə açıqlamasında ölkədə test çatışmazlığı olmadığını bildirib.
“Testlərin götürülməsinə məsul olan qurumlara kifayət qədər test təqdim edilir”, - TƏBİB rəsmisi deyib.
Qeyd edək ki, sosial şəbəkədə bəzi poliklinikaların COVİD-19-a yoluxmada şübhəli xəstələr tərəfindən edilən çağırışlara getmədiyi və buna səbəb kimi testin olmadığı bildirilir.
Hazırda Bakıda COVİD-19 virusuna yoluxmada şübhəli bilinən xəstələrdən test analizləri yerli poliklinikalar tərəfindən götürülür. Pandemiya ilə əlaqədar poliklinikaların işinə nəzarət etmək səlahiyyəti Səhiyyə Nazirliyinə həvalə edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar