Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Karantin cəriməsini ödəməyənlər bu işlərə cəlb oluna bilər

Baxılıb: 805     Tarix: 06-08-2020 15:00   

Karantin cəriməsini müvafiq dövr ərazində ödəməyənlər barədə məlumatlar məhkəməyə göndərilir.
Qanunvehedef.az xəbər verir ki, bunu Hit.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O bildirib ki, ayrı-ayrı rayon polis şöbələri tərəfindən bu istiqamətdə protokollar tərtib olunur.
"Məhkəmələr müəyyən qərarlar qəbul edə, həttə həmin şəxsi cərimə məbləğini 3 ay müddətində ödəmədiyi üçün ictimai işlərə cəlb edə bilərlər. Belə ki, İnzibati Xətalar Məcəlləsində bu şəxslərin 160 saatdan 240 saata qədər ictimai işlərə cəlb olunması ilə bağlı müddəa nəzərdə tutulub. Amma konkret olaraq məhkəmələrin həmin şəxslər barəsində hansı qərarları qəbul etdiyini deyə bilmərəm. Onu qeyd edə bilərəm ki, vətəndaşlar cərimələrini 1 ay müddətində ödəməlidirlər. Əgər 3 ay ərzində ödəmirlərsə, məhkəmələr tərəfindən onlar barəsində müvafiq qərarlar qəbul edilə bilər".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar