Xəbər lenti
03/05/2026 [13:32]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Metronun açılmasına bu halda icazə verilə bilər

Baxılıb: 556     Tarix: 18-08-2020 12:09   
Metronun fəaliyyətini bərpa etməsi üçün bir sıra tədbirlər görülməlidir.
Bunu Qanunvehedef.az-a açıqlamasında baş infeksionist Cəlal Paşayev deyib. O bildirib ki, metroda qatarların sayı artırılmalı və onlar arasında interval azaldılmalıdır:
“Çünki metro insanların ən çox toplaşdığı yerdir. Orada insanların maskadan istifadəsinə ciddi nəzarət olmalıdır. Nəzarətdən əlavə, insanların özü də qaydalara əməl etməlidir. Əgər onlar qaydalara əməl etməsələr, nəzarətin heç bir xeyri olmayacaq. Metronun fəaliyyətə başlaması ilə yanaşı avtobusların sayı da artırılmalıdır. Bütün bu tədbirlər görülərsə, metronun fəaliyyətinə icazə verilə bilər”.
Baş infeksionist ictimai nəqliyyatda sıxlığın azalması üçün iş saatlarının dəyişdirilməsi ilə bağlı təklif də olduğunu bildirib:
“Bundan başqa, təkliflər var idi ki, işlər müxtəlif saatlarda başlasın. Bu cür tədbirlər həyata keçirməklə ictimai nəqliyyatda sıxlığın qarşısı alına bilər”.



{sape_links}{sape_article}