Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu kosmetik vasitələr virus daşıyıcısı ola bilər - İsayev

Baxılıb: 869     Tarix: 21-08-2020 13:30   

Göz karandaşı və dodaq boyası kimi kosmetik vasitələr yeni növ koronavirusun yayılmasına səbəb ola bilər.
Bu barədə Türkiyənin Hacəttəpə Universitetinin Tibb fakültəsinin professoru Məhməd Ceyhan yerli mətbuata açıqlamasında deyib. Professorun fikrincə, bu risk xüsusilə qadın gözəllik salonlarında daha yüksəkdir.
Türkiyədə olduğu kimi, Azərbaycanda da gözəllik salonları və qadın kosmetika mağazaları karantin rejiminin müəyyən mərhələlərində fəaliyyət göstərən sahələrdən olub.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycanın baş infeksionisti Cəlal İsayev Trend-ə açıqlamasında ölkəmizdə də bu sahənin koronavirusun yayılmasında əsas mənbələrdən ola biləcəyini qeyd edib:
“Gözəllik salonlarında hər müştəridən sonra mütləq şəkildə onun oturduğu yer dezinfeksiya olunmalıdır, mərkəzlərdə kosmetik vasitələr sterilizə edilməlidir. Ümumiyyətlə, vaxtaşırı həmin obyektlərə nəzarət olunmalıdır ki, orada yalnız xidmət göstərilən müştərilər olsun, başqa kənar adamlar məkana daxil olmasın. Bu kimi nəzarətlər vacibdir. Gözəllik salonları yoluxma nöqteyi-nəzərdən riskli sahə hesab olunur”.
C.İsayev qadın kosmetika mağazalarında test üçün nəzərdə tutulan əşyalardan istifadə etməməyi tövsiyə edib:
“Bu cür əşyalar əldən-ələ keçirsə, demək, virus daşıyıcısı ola bilər”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar