Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Rayonlara gediş açılsın, dərslər bu cür keçirilsin - Çağırış

Baxılıb: 530     Tarix: 01-09-2020 11:12   

Rayonlara gediş-gəlişin bağlanmasını məqsədəuyğun hesab etmirik. Əlavə bir arqument kimi qeyd etmək lazımdır ki, qanuni yolla (ezamiyyət, rayonda qeydiyyatda olan, ölkə üzrə icazəsi olan və s.) rayonlara gedənlərin sayı kifayət qədərdir. Müxtəlif, qeyri-qanuni yolla gedənlərin sayı da az deyil. Belə olan halda rayonlara gediş-gəlişin karantin şərtləri çərçivəsində təmin edilməsi gərəklidir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan Həkimləri İctimai Birliyinin bəyanatında qeyd edilib. Bəyanatda təhsillə bağlı da bır sıra fikirlər səsləndirilib:
1. Birinci sinfə gedən uşaqların təhsili ənənəvi qaydada fasiləsiz olmalıdır. Çünki günaşırı rejim onların dərsə adaptasiyasına mənfi təsir göstərəcək.
2. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və reabilitasiyası ənənəvi qaydada davam etməlidir. Əslində, onlara fasilə vermək doğru deyildir. Çünki bu, qazanılmış bacarıqların itirilməsinə bərabərdir.
3. Uşaqların həftə içi növbəli təhsili küçələrdə sıxlığın qarşısını almağa yönəlik məqsəd daşıyırsa və bu sıxlığın valideyn hesabına təhlükəli olacağını nəzərə alırıqsa, o zaman uşaqların şəhərdaxili məktəblərə xüsusi avtobuslarla daşınmasını təklif edirik. Metrolar açılarsa, bu məqsədlə “M-Bus”lar təyin oluna bilər.
4. Ölkəmizdə distant təhsilin və teledərslərin keyfiyyətinin çox aşağı olduğunu nəzərə almağı və 12 yaşadək ənənəvi təhsilin bərpasını təklif edirik. Nəzərə alsaq ki, biruşaqlı məktəbli ailələrin sayı çox azdır, valideynlər övladlarını həm bu gün, həm sabah məktəbə aparmağa məcbur qalacaqlar, o zaman nəticə dəyişməyəcək. Yəni bir ailənin hər iki, ya hər üç uşağının eyni gün təhsil növbəsinə düşmə ehtimalı azdır.
5. Məktəblərdə, bağçalarda orta yaş müəllim və işçi heyəti qrip və pnevmoniya infeksiyasına qarşı peyvəndlə pulsuz təmin olunsun.
6. Beşinci və yuxarı sinif şagirdlərinin oktyabr-noyabr ayında kollektiv görüşlərə buraxılması kəskin respirator virus infeksiyalarının sürətlə yayılmasına səbəb ola bilər. Onların sentyabrın əvvəlindən tədricən kollektivə buraxılması daha məqsədəuyğundur. Noyabr ayından onlayn dərs rejiminə keçid üçün (uşaqların avtobusla daşınması alınmazsa) yoluxma sayının artmasına görə deyil, ölüm və ağırlaşma hallarının sıxlığına görə qərar verilməlidir.
7. Uşaqlar qızılca, məxmərək, epidemik parotit və göy öskurək infeksiyalarına qarşı peyvədi olmadan kollektivə buraxılmamalıdır. Nəzərə alsaq ki, ölkəmizdə peyvəndləməyə ciddi nəzarət yoxdur və karantin dövründə immunizasiyada kifayət qədər yayınmalar olmuşdur, bütün bunlar məktəb və bağçalarda payız aylarında göstərilən təhlükəli yoluxucu xəstəliklərin epidemiyası riskini artırır.
8. Dərs və tənəffüs saatlarında uşaqların məsafəli davranışına ciddi nəzarət edilməsi və onlardan maska istifadəsini istəmək doğru deyil. Ölkəmizdə, eləcə də dünya təcrübəsində COVİD-19 infeksiyasının uşaqlar üçün təhlükəli olmadığı, 18 yaşadək şəxslərin yoluxma mənbəyi olmadığı öz təsdiqini tapdı. 12 yaşadək məcburi olmadığı kimi, 12 yaşdan sonra da repetitor dərslərində də maska istifadəsi lazım deyil. Hipoksik vəziyyət zehni fəaliyyətin faydalılığını xeyli azaltmış olur.
9. Məktəblərdə bədən tərbiyəsi dərslərinin paltardəyişmə otaqlarının yararsızlığı səbəbindən ixtisara salınması hipodinamik şəraitdən ayrılan uşaqlar uçun heç də uyğun qərar deyil. Əksinə, hər bir şəraiti təmin edərək bədən tərbiyəsi dərslərinin keçirilməsi vacibdir.
10. Uşaqlar üçün xüsusi tədris mərkəzlərinin (rəsm, rəqs, idman, üzgüçülük, şahmat, gimnastika) fəaliyyətinin həftə içi minimum iki gün olmaqla bərpası onların sağlamlığının hərtərəfli dəstəklənməsi baxımından lazımdır.
İB həftəsonu ictimai nəqliyyatın qadağan edilməsini məqsədəuyğun olmadığını da qeyd edib:
“Həftəsonu ictimai nəqliyyatın qadağası da məntiqi görünmür. Bakı Nəqliyyat Agentliyinin yarıtmaz fəaliyyəti nəticəsində avtobuslardakı sıxlıq və karantin qaydalarının kəskin pozulması göz önündədir. Həftənin beş günü bu şəraitdə işləyən ictimai nəqliyyatın həftəsonu qadağasının mənası görünmür”.шаблоны для dle 11.2