Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İnsanlar üçün ən bədbəxt yaş həddi açıqlandı

Baxılıb: 758     Tarix: 06-09-2020 11:44   

ABŞ-dakı Dartmutsk Kolleci və Milli İqtisadi Tədqiqatlar Bürosunun alimləri insan həyatının ən bədbəxt yaş dövrünü açıqlayıblar.
Qanunvehedef.az xəbər verir ki, onlar bu yaş dövrünün 47-48 yaş arasında olduğu qənaətinə gəliblər.
Alimlər 132 ölkədən fərqli yaşda olan insanların həyatdan məmnunluq səviyyələrini ölçmək üçün sorğu keçiriblər.
Sorğuya görə, ən xoşbəxt yaş dövrünün 18-20 yaş arasında olduğu məlum olub. Sonra vəziyyət getdikcə daha da pisləşib və təxminən 47-48 yaşlarında pik həddə çatıb.
Bu yaş böhranı müxtəlif ölkələrdə fərqli göstəricilərə malikdir.
Belə ki, inkişaf etmiş ölkələrdə insanlar 47 yaşında, inkişaf etməkdə olan ölkələrdə 48 yaş, Rusiya, Çin və Meksikada - 43 yaşında böhran keçirirlər.
Bu ruh düşkünlüyü 60 yaşına qədər davam edir, bundan sonra vəziyyət düzəlməyə başlayır və 70 yaşında insanlar yenidən həyatdan zövq almağa başlayırlar.
Tədqiqatçılar bunun xarici amillərdən asılı olmadığını, ancaq vücuddakı biyokimyəvi proseslər və hormon səviyyəsinin nəticəsi olduğunu iddia edirlər.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar