Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Almaniyada "Erməni terroruna və işğalına yox" yürüşü keçiriləcək

Baxılıb: 748     Tarix: 30-09-2020 10:25   

Almaniyada yaşayan azərbaycanlılar "Erməni terroruna və işğalına yox" adlı yürüş keçiricəklər.
""un Avropa bürosunun məlumatına görə, həmvətənlərimizin yürüşü Şimali Reyn Vestfaliya əyalətinin Düsseldorf şəhərində baş tutacaq.
Yürüşün məqsədi Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəfə alan təxribatlara, eyni zamanda illərdir bu ölkənin Azərbaycan torpaqlarını qanunsuz olaraq işğal altında saxlamasına diqqət çəkmək olacaq.
Təşkilatçılarından verilən məlumata görə, yürüşə Almaniyada fəaliyyət göstərən Azərbaycan və Türkiyə dərnəkləri də dəstək verəcəklər.
Yürüşdə "Qarabağ Azərbaycandır", "Erməni terroruna yox!", "Azərbaycan var olsun, istəməyən kor olsun", "Azərbaycan-Türkiyə", "Xocalıya ədalət", "Şəhidlər ölməz, Vətən bölünməz" və s. şüarlar Azərbaycan, ingilis və alman dilində səsləndiriləcək.
Artıq Düsseldorf şəhər rəhbərliyi oktyabrın 3-ü, yerli vaxtla saat 13: 00-dan 16:00-ya kimi davam edəcək yürüşə razılıq verib. Yürüşün başlanğıc nöqtəsi kimi Düsseldorf şəhər Dəmir Yol Vağzalı qeyd edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar