Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İstanbulda Azərbaycana dəstək mitinqi keçirilib

Baxılıb: 598     Tarix: 02-10-2020 10:36   

Türkiyənin İstanbul şəhərində "Səninləyik Azərbaycan, səninləyik Qarabağ!" şüarı ilə Azərbaycana dəstək mitinqi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutan aksiyada hər iki ölkənin ictimai, mədəniyyət xadimləri, Türkiyədə yaşayan həmvətənlərimiz, burada fəaliyyət göstərən qurumların əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Ölkəmizin İstanbuldakı Baş Konsulluğunun qarşısına toplaşan aksiya iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarını dalğalanlandırıblar, "Səninləyik Azərbaycan!", "Qarabağa Azadlıq!", "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı" və sair şüarları səsləndiriblər.
Aksiyada çıxış edən İSTAD-ın sədri Səfər Qaraqoyunlu bildirib ki, iyirmi səkkiz ildir haqsız yerə işğal edilən torpaqlarımızın azad edilməsinə başlanılması bütün türk millətini həyəcanlandırıb. "28 ildir qanunsuz şəkildə bölgədə qeyri-sabitlik yaradan, Xocalı soyqırımı daxil olmaqla, qətliamlar törədərək minlərlə günahsız insanı vəhşicəinə qətlə yetirən, beynəlxalq hüququ heçə sayaraq tərəfdarlarından aldığı dəstəklə Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistanı sərt şəkildə qınayırıq. Bölgədə sıxışıb qalan, iqtisadi və siyasi problemlər yaşayan Ermənistan Azərbaycana hücum etməklə öz aləmində çıxış yolu tapmaq istədi. Buna cavab olaraq Azərbaycan müdafiə hüququndan istifadə edərək işğal olunmuş əraziləri geri qaytarmaq üçün hərəkətə keçib. Azərbaycan dövlətinin bu təşəbbüsünü tam dəstəkləyirik. Bəzi güclərə arxalanan Ermənistan bölgədə sülhün bərqərar olması üçün Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz tərk etməlidir. 83 milyonluq Türkiyə xalqı və 300 milyonluq türk dünyası olaraq Azərbaycanın haqlı mübarizəsində sonadək qardaşlarımızın yanındayıq. Türk millətinin səbri daşıb, "Bəsdir artıq!" deyirik".
Dərnək rəhbəri həmvətənlərimizi erməni təxribatlarına qarşı diqqətli və ayıq-sayıq olmağa çağırıb.

Qanunvehedef.azшаблоны для dle 11.2