Xəbər lenti
28/07/2026 [12:55]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri açıqlandı - RƏSMİ

Baxılıb: 767     Tarix: 03-10-2020 15:43   

"Ermənistan silahlı qüvvələrinin ağır artilleriya silahlarından 27 sentyabr tarixindən hazırkı vaxtadək əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 19 dinc sakin həlak olub".
"Report" xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib.Onun sözlərinə görə, həlak olanlardan 14-ü kişi, 3-ü qadın, 2-si isə azyaşlıdır: "Həlak olan dinc sakinlərin 8-i Tərtər, 5-i Goranboy, 4-ü Ağdam, 2-i isə Füzuli rayon sakinləridir".
O həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin təxtibatları nəticəsində yaralanan dinc sakinlərin sayı 63-dür:
"Onlardan 53-ü kişi, 6-sı qadın, biri isə azyaşlıdır. Yaralılardan 26-sı Tərtər rayon sakini, 14-ü Ağdam sakini, 10-u Ağcəbədi, 6-sı Füzuli, 2-si Goranboy, 2-si Bərdə, 1-i Daşkəsən, 1-i Xocalı, 1-i Cəbrayıl sakinləridir".

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar