Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Metro bağlandı: terminal problemi belə həll ediləcək

Baxılıb: 703     Tarix: 19-10-2020 14:55   

Son günlər Azərbaycanda yeni tip koronavirusa (COVİD-19) yoluxma hallarının kəskin artması bir sıra qabaqlayıcı tədbirlərin görülməsinə, eyni zamanda metronun bağlanmasına səbəb oldu. Metronun fəaliyyətinin dayandırılması burada yerləşən terminallardan istifadəni də mümkünsüz edib və beləliklə paytaxtda terminalların çatışmazlığı problemi gündəmə gəlib.
Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, daha əvvəl metro bağlananda BNA və Bakı Metropoliteni rəhbərləri arasında görüş keçirilmişdi və məsələnin operativ həlli üçün qərarlar qəbul olunmuşdu:
“Qərara əsasən, sərnişin tələbatı yüksək olan istiqamətlərdə, metrostansiyalarda vestibüllər yalnız terminallardan istifadə üçün açılmışdı. Bu dəfə də eyni qayda tətbiq olunacaq və həmçinin sərnişin tələbatı olan metrostansiyaların vestibülləri ödəmə terminalları üçün açılacaq. Bilirsiniz ki, ödəmə terminallarının böyük qismi məhz metrostansiyaların vestibül hissələrində yerləşir. Ona görə də bu məsələnin həlli üçün qərara gəldik ki, vestibüllər açılsın, sərnişinlər terminallardan rahat şəkildə istifadə edə bilsinlər”.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar