Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Diqqət: Şəxsi məlumatlarınız oğurlana bilər!

Baxılıb: 615     Tarix: 23-10-2020 14:36   

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlardan məyus olan işğalçı və təcavüzkar Ermənistan kibermühitdə ölkəmizə qarşı təxribatlarını davam etdirərək Azərbaycan vətəndaşlarına xarici ölkələrdən müxtəlif zənglər edir, onlara insanlarda panikanın yaradılmasına hesablanmış SMS-lər göndərilir.
Bu məsələ ilə bağlı hələ bir neçə gün əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara müraciət edərək onları diqqətli olmağı, hər hansı kiberinsidentlə üzləşdikdə bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə “1654” qaynar xətti, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə məlumat verməsi tövsiyə etmişdi.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, kibertəhlükəsizlik üzrə mühəndis Bəhruz İbrahimov döyüş meydanında Azərbaycanın rəşadətli və qüdrətli Ordusunun davamlı qalibiyyətiləri qarşısında məğub olan düşmənin mümkün bütün vasitələrlə ölkəmizdə çaxnaşma və əhali arasında təşvişə səbəb ola biləcək məlumatlarla çaşqınlıq yaratmağa çalışdığını bildirib:
"Vətəndaşlarımıza bu kimi saxta məlumatlara inanmamaq və ən son rəsmi məlumatları ölkədə rəsmi fəaliyyət göstərən kütləvi informasiya vasitələrindən, Müdafiə Nazirliyinin rəsmi internet saytı olan mod.gov.az-dan almaq tövsiyə olunur. Nəzərə alaq ki, hazırda mövcud vəziyyətlə əlaqədar ölkənin kiber təhlükəsizliklə məşğul olan qurumları da gücləndirilmiş iş rejimində çalışırlar. Belə olaq təqdirdə ən asan və effektiv həll yolları odur ki, tanımadığınız nömrələrdən və servis adlarından gələn zənglərə, xüsusilə beynəlxalq zənglərə cavab verməyin. Tanımadığınız beynəlxalq nömrələrdən (xüsusilə beynəlxalq ) və ya hər hansı servislərin adından gələn SMS-lərdə olan məlumatlara qarşı diqqətli olmaq lazımdır. Heç bir halda göstərilən linklərə keçərək hər hansı bir fayl yüklənilməməlidir. Heç bir halda bu nömrələrə geri zəng edilməməli və ya SMS yazılmamalıdır. Bunları etdiyimiz təqdirdə bu istiqamətdə çalışan qurumların əlavə olaraq yaranmış iş yükünü azaltmış olarıq ki, onlar da limitli resurslarını daha vacib məsələlərin həllinə sərf edə bilərlər. Lakin hər bir halda ciddi kibertəhlükəsizlik riski və ya insidenti ilə qarşılaşdığınız və ya metodik göstərişə ehtiyac yarandığı təqdirdə mütləq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin CERT.AZ saytı vasitəsilə və ya 1654 qaynar xəttinə zəng edərək yardım ala bilərsiniz".
Xarici ölkələrdən edilən zənglər üçün nömrələrin hansı formada seçilməsinə gəldikdə, B.Məhərrəmov əlavə edib ki, bununla bağlı bir neçə halın olması mümkündür:
"Məsələn, bir mənbə şəxsin daha əvvəl qeydiyyatdan keçdiyi xarici saytlar ola bilər. Digər tərəfdən, mobil nömrə prefixləri və nömrə simvollarının sayı hər kəs üçün əlçatan məlumatdır. Düşmənlərimiz və ya onların sifarişini yerinə yetirən 3-cü şəxslər Ölkə kodu+ Mobil operatorun prefixi+ icazə verilən sayda təsadüfi rəqəmləri daxil edərək həmin ölkədə olan şəxsə zəng vura və ya sms göndərə bilərlər".
B.Məhərrəmov telefonuna xaricdən belə zəng daxil olan və onu bilməyərəkdən qəbul edən şəxsin telefonundakı danışıqların xaricdən (telefon zəngini edən ölkə və ya operator tərəfindən) izlənilə bilib-bilməsinə də münasibət bildirib.
O qeyd edib ki, əgər söhbət yalnız zəngin qəbulundan gedirsə, onda izlənilmə mümkün deyil. Lakin telefona göndərilən SMS-dəki linkə keçərək müxtəlif səbəblərlə telefona zərərli fayl yüklənilərsə, təbii ki bu halda yalnız zənglər deyil, digər şəxsi məlumatlar da oğurlana bilər.шаблоны для dle 11.2