Xəbər lenti
05/05/2025 [12:56]
PREZİDENTƏ YAZIRLAR...
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bu uğurlarla müasir dövrün yeni hərb tarixi yazılır – Polkovnik

Baxılıb: 595     Tarix: 28-10-2020 12:30   
 

Son dövrlər cəbhədə torpaqlarımızın murdar, alçaq düşməndən azad edilməsi və ərazilərimizin, doğma Qarabağımızın qaytarılması kimi müqəddəs amal uğrunda gedən döyüş bölgələrindən gələn xoş xəbərlər bütün Azərbaycan xalqına böyük sevinc bəxş edir.
Qanunvehedef.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev bildirib.
“Bunların Azərbaycan Prezidentinin, Ali Baş Komandanının, sərkərdəsinin qətiyyəti, qüdrəti, cəsarətli qərarları, uzaqgörən rəhbərliyi və bacarığı sayəsində baş verməsi heç kəsdə şübhə yaratmır. Dünyanın aparıcı kütləvi informasiya vasitələrinə, telekanallarına, media qurumlarına təmkinlə, bacarıq və məharətlə, analitik, dərin düşüncəli arqumentlərlə, tarixi faktlarla, yüksək intellektual səviyyədə Azərbaycanın haqq işinin dünyaya car çəkməsi sayəsində beynəlxalq aləmdə artıq müsbət fikirlər və bizə qarşı münasibətlərin dəyişməsi baş verir. Bacarıqlı sərkərdə, qətiyyətli Ali Baş Komandan rəhbərliyi və qəbul etdiyi qərarlar nəticəsində Ordumuzda böyük ruh yüksəkliyi, qələbə əzmi yaratmaqla Ordumuzla əldə edilən uğurlar ilə müasir dövrün yeni hərb tarixi yazılır və qələbə çalacağımıza əminlik yaranır.
Eşq olsun cəsarətli rəhbərimizə, qüdrətli sərkərdəmizə, qətiyyətli Ali baş komandana! Var olsun müdrik xalqımız, birliyimiz, yaşasın müzəffər, şanlı ordumuz!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”шаблоны для dle 11.2