Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Füzulidə kasetli bomba partladı, xəsarət alan var

Baxılıb: 670     Tarix: 12-07-2021 12:18   
İyulun 12-də saat 11 radələrində 1 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Füzuli Rayon Prokurorluğundan Qanunvehedef.az-a verilən məlumata görə, ilkin araşdırmalarla Körpü-Bina-Tikinti MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Elşən Eyvaz oğlu Xəlilovun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar