Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Heydər Əliyev şəhid polkovniki bu əməliyyata görə təltif etmişdi

Baxılıb: 660     Tarix: 12-07-2021 13:06   

Bu gün Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Raquf Orucovun doğum günüdür.
Qanunvehedef.az xəbər verir ki, Raquf Orucov 12 iyul 1972-ci ildə Ağdam rayonun Cinli kəndində anadan olub.
Raquf Orucov 1996-cı ildən Murovdakı N saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri kimi cəbhənin ən qaynar nöqtələrində uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri olub. Onun ən yaddaqalan əməliyyatlarından biri 1998-ci ildə işğal altında olan Kəlbəcərdə kəşfiyyat əməliyyatı zamanı erməni əsgərlərinin andiçmə mərasimini müşahidə etməsi və həmin tədbirdən gizli videoçəkiliş aparmasıdır. Məhz bu qəhrəmanlığına görə Raquf Orucov hələ o zaman Ümummilli lider Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib.
2 aprel 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Şəhidin məzarı Sumqayıt Şəhidlər Xiyabanındadır



Ən çox oxunanlar
{sape_links}{sape_article}