Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Əbu-Dabidə Rusiya-Ukrayna görüşü olmaya bilər - Səbəb

Baxılıb: 990     Tarix: 08-11-2026 10:21   

Ukrayna, ABŞ və Rusiya arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan sülh danışıqlarına ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının ikinci mərhələsi mane ola bilər.

Qanunvehedef.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı eksperti İvan Us çıxış edib.

Ekspert Əbu-Dabidəki görüşün real nəticə verib-verməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, noyabrın 10-da ABŞ-nin bu il ərzində İrana qarşı ikinci hərbi əməliyyat mərhələsinə başlaması istisna deyil:

“ABŞ və İran arasında hərbi əməliyyatlar başlayarsa, bundan sonra Əbu-Dabidə görüş keçirilməyə də bilər”.

O, həmçinin Rusiyanın bu danışıqlarda əsas məqsədinin ABŞ qarşısında öz biznes maraqlarını irəli aparmaq ola biləcəyini bildirib.

Ekspertin sözlərinə görə, görüş baş tutsa belə, onun ciddi nəticələr verəcəyini gözləmir.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Əbu-Dabidə noyabrın 10–11-də üçtərəfli danışıqlar aparması planlaşdırılır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}