Xəbər lenti
30/01/2026 [12:32]
Sabah hava necə olacaq?
29/01/2026 [15:17]
Sabah hava necə olacaq?
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Vahabzadənin belə bəyanatı yaramazlıqdır

Baxılıb: 321     Tarix: 11-08-2021 11:09   
İsfəndiyar Vahabzadənin Rusiya ilə bağlı isterik, demaqoji açıqlamalarının ölkəmizə vurduğu ziyanı hələ anlamırıq.
Sosial şəbəkələrin Rusiya seqmentində, Rusiya mediasında cənab Vahabzadənin açıqlamaları geniş müzakirə olunur.
Adam Jirinovskini guya tənqid edir, amma bütun rus xalqını "donuz" adlandırır, "bütün Rusiya bir türk əsgərin dırnağına qurban olsun" deyir.
Adam o qədər savadlıdır ki, Rusiyada ruslardan başqa tatarların, azərbaycanlıların, başqırdların, avarların, çeçenlərin, udmurtların, kumıkların və s. yaşadığını unudub.
Unudub ki, Rusiya müsəlman əhalisinin sayına görə dünyada ilk yerlərdən birini tutur.
Türkiyə candır, qandır, qardaşdır - amma Vahabzadənin belə bəyanatı yaramazlıqdır.
Bu adam necə səfir olub, necə diplomatik fəaliyyətdə olub, anlamıram.
Tragikomediyadır.
Rusiyanı tərifləməyin gərək olduğunu demirəm. Zatən, hər şey ortada.
Amma İ.Vahabzadənin rus millətini aşağılaması, təhqir etməsi yolverilməzdir, etikadan kənardır, siyasi mədəniyyətsizlikdir.
Tənqid etmək olar - təhqir yox.
Jirinovskini söyən Vahabzadə eynən Jirinovskiyə bənzəyir.



{sape_links}{sape_article}