Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yevlaxda 52 kq-ya yaxın çətənə kolu aşkarlandı

Baxılıb: 297     Tarix: 12-08-2021 10:30   
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonu Yuxarı Qarxun kənd sakini Vüqar Həsənli saxlanılıb.
Kənd ərazisində yerləşən ona məxsus pay torpaq sahəsinə keçirilən baxış zamanı yaş çəkisi 52 kiloqrama yaxın olan kultivasiya yolu ilə yetişdirilmiş 35 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ramal İsayev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə 4 büküm narkotik maddə - heroin aşkarlanıb.
Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar aparılır.шаблоны для dle 11.2