Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Qadın "ölmüş" kimi qeydiyyata alındı, pensiyası kəsildi

Baxılıb: 292     Tarix: 13-08-2021 10:29   
Bərdə rayon sakini Rəfiqə Həsənovanın pensiyası dayandırılıb və o, ölmüş şəxs kimi qeydiyyata alınıb.
Qanunvehedef.az Xəzər TV-yə istinadən xəbər verir ki, Rəfiqə Həsənova 1958- ci ildə anadan olub. Rayon sakini səhhətində yaranmış xəstəliyə görə uzun illərdir ki, pensiya alıb.
İki ay əvvəl isə Rəfiqə Həsənovanın aldığı 260 manat pensiya Dövlət Sosial Müdafə Fondu tərəfindən dayandırılıb.
Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsindən Rəfiqə Həsənovaya bildirilib ki, onun pensiyasının dayandırılmasına səbəb ölü kimi qeydiyyata alınmasıdır. Aparılan araşdırmalar zamanı məlum olub ki, ölən şəxs eyni ad soyadda olan Bakı şəhəri Nərimanov rayon sakinidir.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiyev bildirib ki, Ədliyyə Nazirliyi tərəfindən Dövlət Reyestri Xidmətinin mərkəzi elektron bazasında vətəndaş Rəfiqə Həsənova vəfat etmiş şəxs kimi daxil edilib. Bu səbəbdən də onun əmək pensiyası Dövlət Sosial Müdafiə Fondu tərəfindən dayandırılıb. Ona görə də vətəndaş ərizə ilə Ədliyyə Nazirliyinə müraciət etməlidir.
Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən vətəndaşın adı elektron bazadan ölü şəxs kimi çıxarıldıqdan sonra onun pensiyası təmin ediləcək.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar