Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda TV və radioların fəaliyyəti dayandırıldı

Baxılıb: 265     Tarix: 06-09-2021 12:55   
Azərbaycanın televiziya və radio kanallarının növbəti kompleks profilaktikası həyata keçirilir.
Bu barədə Qanunvehedef.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyindən bildirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi tərəfindən bu gün saat 06:00-dan növbəti kompleks profilaktika işlərinə start verilib. Kompleks profilaktika işlərinin bu gün saat 15:00-dək tam başa çatdırılması nəzərdə tutulub. Bu müddət ərzində ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilələr olacaq. Kompleks profilaktika texniki tələbdir və onun aparılmasında məqsəd, bütün yayım avadanlıqlarında, onların anten-fider sistemlərində müvafiq test-yoxlama, sazlama, təmir-bərpa və digər profilaktik işlərin aparılmasından ibarətdir.
Qeyd edək ki, kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar