Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Tanınmış aparıcıya vəzifə verildi

Baxılıb: 329     Tarix: 21-09-2021 10:45   
Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub.
Bu barədə Qanunvehedef.az-a BANM-dən məlumat verilib.
BANM-in rektoru Elmar Qasımovun müvafiq əmri ilə Aqşin Kamal Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, A.Kamal tələbəlik illərindən müxtəlif televiziya və dövri mətbuatda jurnalist kimi çalışıb. 2006-cı ildən 2012-ci ilədək "Lider" televiziyasında Xəbərlər departamentində fəaliyyət göstərib. 2012-2020-ci illərdə isə "Xəzər" televiziyasında şöbə müdiri, Xəbərlər departamentində redaktor, aparıcı və telekanalın sözçüsü vəzifələrində çalışıb.
Aqşin Kamal 2015-ci ildə Azərbaycanda KİV-in inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar