Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

AAYDA Murovdağ tuneli ilə bağlı məlumat yaydı - Video

Baxılıb: 217     Tarix: 21-09-2021 10:58   
Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Murovdağ tunelinin 500 metrlik hissəsinin tikintisinin yekunlaşdırılması ilə bağlı dəqiqləşdirilməmiş xəbər paylaşılıb.
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.
O bildirib ki, tinelin inşasına yeni başlanılıb və qısa müddət ərzində bu tunelin 500 metrlik hissəsinin tikintisinin yekunlaşdırılması qeyri-mümkündür:
“Düzdür, biz də agentlik olaraq istəyərdik ki, yazılan kimi qısa müddətdə bu cür miqyasda iş icra olunsun. Amma reallıqda bu mümkün deyil. Çünki tunel inşası heç də asan başa gəlmir. Hazırda təyin olunmuş vaxtda tikintinin tamamlanması üçün qazma, partlatma və qırıcı üsullarla dəniz səviyyəsindən 1700 metr hündürlükdə Murovdağ tunelinin inşası istiqamətində genişmiqyaslı işlər icra olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və xüsusi texnikalar səfərbər olunub.
Murovdağ tunelinin və ümumiyyətlə Qarabağ və Şərqi Zəngəzur ərazisində icra olunan yol infrastrukturu layihələri barədə mütamadi olaraq məlumatları agentliyimizin rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarından əldə edə bilərsiniz", - deyə o, qeyd edib.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər