Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Məktəbə getməyən şagirdlər necə təhsil alacaq?

Baxılıb: 374     Tarix: 21-09-2021 11:31   
Koronavirusun çox yayıldığı ərazilərdə övladlarını məktəbə göndərməyən valideynlər uşaqların təhsilinə özləri cavabdehdir.
Qanunvehedef.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən açıqlamada koronavirusla bağlı övladını məktəbə göndərmək istəməyən və ya göndərə bilməyən valideynlərin bu barədə iltizam imzalayacaqları bildirilib.
“Eyni zamanda, valideynlər övladının məktəbə gəlmədən təhsilini təmin etmək üçün bütün məsuliyyəti öz üzərinə götürəcək. Bundan başqa, teledərslərin yayımlanması bu tədris ilində də davam edəcək”, məlumatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycanda 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.
Təhsil Nazirliyinin açıqladığı qaydalara görə, valideynlər iki halda övladlarını məktəbə göndərməyə bilərlər: birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə, ikinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar