Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

MM Türkiyə ilə hərbi memorandumu təsdiqlədi

Baxılıb: 399     Tarix: 30-09-2021 15:59   

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini Milli Məclis qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, qanun layihəsini parlamentin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim edib.
Komitə sədri deyib ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra qardaş Türkiyə ilə yüzlərlə sənəd imzalanıb:
"Bunların içərisində 1994, 1996, 2000-ci illərdə imzalanan sənədlər də var. Şuşa Bəyannaməsini də bura əlavə etmək olar. Hərbi təlimlərin keçirilməsi nəzərdə tutulub. Xüsusilə, söhbət xüsusi təyinatlılarının təlimlərindən gedir. Bu yaxınlarda belə təlim keçirildi.
15 iyun 2021-ci ildə Şuşa Bəyannaməsi imzalananda prezidentlər qeyd etdi ki, bu, çərçivə sənədidir və xeyli sənədlər qəbul ediləcək. Bu sənəd həmin qəbildəndir”.
Komitə sədri Şuşada keçirilən hərbi təlimlərə bəzi dövlətlərin qısqanc yanaşdığını bildirib: “Heç kəs narahat olmasın. Biz istəyirik ki, yalnız Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qəbul etsin, beynəlxalq səviyyədə tanınan sərhədlərimizə hörmətlə yanaşsın. Çox təəssüflər ki, biz bunu görmürük. Minsk Qrupunu fəallaşdırmağa çalışırlar, “status” haqqında danışırlar. Cənab Prezident bəyan etdi ki, muxtariyyət və digər məsələlər gündəlikdə yoxdur. Biz ancaq əməkdaşlıq haqqında danışa bilərik. Hesab edirəm ki, bu sənəd Azərbaycanın milli maraqlarına tam uyğundur”.
Qeyd edək ki, Anlaşma Memorandumu tərəflər arasında bağlanmış 1992-ci il 11 avqust tarixli “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim – təhsil haqqında müqavilə” və 1996-cı il 10 iyun tarixli “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında saziş”in müddəaları əsas götürülərək imzalanıb.
Qanun layihəsinə əsasən, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumu 1 il müddətində etibarlı olacaq.
Layihəyə əsasən, tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 90 gün qalmış digər tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə ləğvetmə tələbini göndərmədiyi təqdirdə bu Anlaşma Memorandumu növbəti birillik müddətlərə uzadılır.
Tərəflər bu anlaşma memorandumun ləğvindən sonra da mübadilə edilən məxfi məlumatın və materialın qorunmasına və məxfilik dərəcəsinin ləğv olunmasının qarşısının alınmasına görə məsuliyyət daşımağa davam edirlər.
Sənəddə qeyd edilib ki, Azərbaycan və Türkiyə xüsusi təyinatlıların heyətini qarşılıqlı olaraq ölkə ərazisinə giriş və çıxış zamanı müvəqqəti olaraq idxal edilən təchizatını və təminat maddələrini gömrük rüsumlarından və digər vergilərdən azad edəcək.
Sənəddə bildirilib ki, birgə təlimdə iştirak edəcək Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının heyəti sağlamlıq baxımından yararlı olmalıdır.
Göndərən ölkə təlim başlanmasından 10 gün əvvəl təlimdə iştirak edən heyətin sağlamlıq vəziyyətinin təlimdə iştirak üçün əlverişli olduğuna dair (yoluxucu xəstəliklər daxil olmaqla) tibbi arayış göndərir. Göndərən ölkə tərəfindən təlimdə iştirak edən bütün heyətə ev sahibi ölkəyə girişdən əvvəl ÜST-ün müəyyən etdiyi zəruri peyvəndlər vurulur və testlər aparılır. Bu məqsədlə ÜST-ün müəyyən etdiyi vurulan peyvəndlərin qeyd olunduğu standart peyvənd kitabçalarının və aparılan testin nəticələrin heyətin üzərində olması təmin edilir.
Ev sahibi ölkə tərəfindən göndərən ölkənin heyətindən hər hansı tibbi narahatlığı olanların təlimdə iştirakına yol verilmir. İştiraka mane olmayacaq mahiyyətdə tibbi narahatlığı olan şəxs təlimdə iştirak etdiyi təqdirdə bu şəxsin dərmanlarının özü ilə birlikdə gətirilməsi göndərən ölkə tərəfindən təmin edilir.
Sənədə əsasən, göndərən ölkənin qüvvələri ev sahibi ölkənin ərazisinə gəliş və ev sahibi ölkənin ərazisindən gediş zamanı viza tələblərindən və ev sahibi ölkənin əcnəbilərin qeydiyyata alınması və nəzarəti ilə bağlı prosedurlardan azad olunur. Göndərən ölkə şəxsi heyət və təchizat barədə məlumatları gəlişindən ən azı 60 gün əvvəl müvafiq forma ilə ev sahibi ölkəyə göndərir.
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar