Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

İmişlidə 11 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Baxılıb: 391     Tarix: 01-11-2021 15:11   

"İmişlidə baş vermiş hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb".
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O vurğulayıb ki, hadisə ilə bağlı ilkin məlumatlar prokurorluğa məlum olandan dərhal sonra araşdırmalara başlanılıb və cinayət işi açılıb: “Qısa müddət ərzində şübhəli şəxs müəyyən edilib saxlanılıb. İntensiv hərəkətlər davam etdirilir. Hadisəni törədən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və ona qarşı konkret ittiham irəli sürülməsi məsələsi mövcud olan sübutlar əsasında həll ediləcək. Bu, çox ciddi məsələdir və biz bunu daim nəzarətdə saxlayacağıq. Mən fürsətdən istifadə edib bütün kütləvi informasiya vasitələrindən xahiş edirəm ki, bu kimi həssas məsələlərdə müəyyən qaydalara riayət edilsin”.
Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.
Xatırladaq ki, 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar