Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Gorus-Qafan yolundan tam imtina etmirik” - Erməni nazir

Baxılıb: 227     Tarix: 03-11-2021 14:48   

“Ermənistan Gorus-Qafan yolunun Azərbaycanın nəzarəti altında olan 21 kilometrlik hissəsindən tam imtina etmir və bunun sərhədin delimitasiya-demarkasiyası nəticəsində həll olunacağına ümid edir”.
Qanunvehedef.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
Xatırladaq ki, Azərbaycan bu ilin sentyabrında Ermənistanın Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində polis və gömrük nəzarəti qurub. Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət öncə bildirmişdi ki, bu yoldan istifadə ilə bağlı ötən ilin dekabrında Azərbaycanla razılaşıblar.
Azərbaycan bu yolda İran nömrəli yük maşınlarını yoxlayır və gömrük rüsumu tətbiq edir. Bu, iranlı sürücülər arasında narazılıq yaratdığı üçün Ermənistan Gorus-Qafana alternativ yol tikir.
"Biz bu yoldan imtina etmirik, mübahisəli olan iki hissədən başqa, bu bizim yoldur. Bu belədir, ya belə deyil - delimitasiya və demarkasiya göstərər. Bu prosesdə ağrılı sahələr olacaq ya yox, hər halda bunları bilmək və qeyd etmək daha düzgündür ki, gələcəkdə insident olmasın", - deyə Qnel Sanosyan jurnalistlərə deyib.
Qnel Sanosyan onu da əlavə edib ki, delimitasiya və demarkasiya prosesində hansı sovet xəritələrindən istifadə ediləcəyini bilmir. Amma ixtisasca coğrafiyaşünas olan nazir vurğulayıb ki, müxtəlif illərin xəritələri bir-birindən fərqlənir.
Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşməsi üçün sovet xəritələrindən istifadə ediləcəyi gözlənir. Ancaq hansı illərin xəritələrinin iki ölkə arasında müzakirə mövzusu olduğu ictimaiyyətə açıqlanmayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar