Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bakıda məktəbə "patı" gətirib, uşaqlara zorla veriblər? - DİN məsələyə aydınlıq gətirdi

Baxılıb: 737     Tarix: 17-11-2021 10:24   

Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, Bakıda məktəblərin birinə "patı" gətiriblər.
Qanunvehedef.az BAKU.WS-ə istinadən xəbər verir ki, yazılanlara görə, hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (Razində) qeydə alınıb.
Yazılanlara görə, gətirilən psixotrop maddə aşağı sinif şagirdlərinə zorla verilib.
Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, deyilənlər araşdırılıb və məsələ təsdiqini tapmayıb.
"Bəzi sosial şəbəkə senqmentlərində yayılmış məlumatlarda deyilənlərə görə, Bakıxanov qəsəbəsində məktəblərdən birinə psixotrop maddə - metamfetamin (patı) gətirilməsi ilə bağlı yayılan iddialar əsassızdır. Bu istiqamətdə keçirilən tədbirlərlə yayılan iddialar təsdiqlənmir.
Sosial şəbəkə istifadəçilərinə tövsiyyə edirik ki, belə əsassız, həqiqətə uyğun olmayan faktsız, iddialara inanmasınlar. Ölkə ərazisində hüquq-mühafizə orqanları tərəfindən bütün neqativ hallara qarşı mübarizə aparılır. Əgər kimdəsə belə əsaslı fakt varsa, həmin faktla Daxili işlər orqanlarına müraciət edilməlidir. Bu həm də vətəndaş məsuliyyəti və vətəndaş vəzifəsidir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar