Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

DSX-nin kursantı intihar etdi - YENİLƏNİB

Baxılıb: 449     Tarix: 18-11-2021 11:29   

Dövlət Sərhəd Xidmətinin Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda istintaq aparılır.
10:08
Noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə ilə əlaqədar DSX və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar