Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Feysbuk yenidən Korotçenkonun hesabını blokladı - Foto

Baxılıb: 305     Tarix: 22-11-2021 15:24   

Feysbuk sosial şəbəkəsi Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenkonun hesabını yenidən bloklayıb.
Qanunvehedef.az xəbər verir ki, rusiyalı ekspert bu barədə öz teleqram kanalında məlumat verib.
Hesabın bu dəfə də 3 günlük bloklanmasına səbəb isə Korotçenkonun ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərini nəyə çevirdiklərindən, orada böyük hərbi cinayətlər törətdiklərindən bəhs edən filmin keçidini paylaşması olub.
Söhbət “VMedia” yutub-kanalının “Heç İŞİD terrorçuları da belə şeylər törətməyib” adlı filmindən gedir.
““Facebook” və Mark Zukerberq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi vəhşiliklərə dair faktları bloklamaqla insanlığa qarşı cinayətlərə haqq qazandırır və faktiki olaraq onların ortaqlarına çevrilirlər”, - deyə Korotçenko yazıb.
Qeyd edək ki, feysbuk bir neçə gün əvvəl də İqor Korotçenkonun hesabını Şuşa şəhəri ilə bağlı etdiyi paylaşıma görə bloklamışdı.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar