Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Deputat xalqdan və Milli Məclisin sədrindən üzr istədi

Baxılıb: 463     Tarix: 23-11-2021 12:35   

"Mən Milli Məclisin bundan əvvəlki iclasında Milli Məclisin büdcəsi ilə bağlı müzakirələrin getdiyi bir zamanda yanlış fikirlər səsləndirmişəm".
Qanunvehedef.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu parlamentin iclasında deputat Tahir Kərimli deyib.
O bildirib ki, Milli Məclisin əməkdaşları, sürücülərinin nəinki maaşları kəsilib, əksinə, məbləğlər vaxtlı vaxtında ödənilib.
"Mənə yanlış məlumatlar verilmişdi, mən buna görə üzr istəyirəm. Mən Qarabağda yenidənqurma işləri getdiyi bir zamanda Milli Məclisin əməkdaşlarına ev, maşın verilməsi məsələsini qaldırmışdım. Mən buna görə Milli Məclisin sədrindən, Azərbaycan xalqından üzr istəyirəm. Düşünürəm ki, cəmiyyət mənim dərsimi verdi", - deyə T.Kərimli əlavə edib.
Qeyd edək ki, T.Kərimli Milli Məclisin noyabrın 17-də keçirilən iclasında parlament əməkdaşlarına ev, maşın verilməsi məsələsini qaldırıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar