Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Vidadi Muradovun məhkəməsi ölümündən sonra davam etdirilir

Baxılıb: 473     Tarix: 26-11-2021 09:53   

 Həbsdən buraxıldıqdan bir neçə gün sonra vəfat edən “Azərxalça”nın sabiq sədri Vidadi Muradovun cinayət işi üzrə məhkəməsi davam etdiriləcək.
Qanunvehedef.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ailə üzvlərindən biri onun hüquqi varisi kimi çıxış edəcək. Cinayət işinə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq. İş üzrə "Azərxalça" ASC və Dövlət Vergi Xidməti zərərçəkmiş kimi tanınıb.
Qeyd edək ki, Vidadi Muradov bu ilin yanvarında həbs edilib. Sentyabrda məhkəməsi başlasa da, səhhəti ilə bağlı məhkəmə proseslərini keçirmək mümkün olmayıb. Onkoloji xəstəlikdən əziyyət çəkən V.Muradov oktyabrın 30-da ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə evində vəfat edib.
V.Muradov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. O, vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinirdi. Məhkəmə V.Muradovun 30 milyon manatlıq əmlakına həbs qoyub.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar