Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şəhid oğlu Füzuli RİH-də işə qəbul olunub

Baxılıb: 343     Tarix: 02-12-2021 11:12   

Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət göstərilir. Bu günlərdə daha bir şəhid oğlu Füzuli Rayon İcra Hakimiyyətində işə qəbul edilib.
Bu barədə Füzuli RİH-dən bildirilib. Belə ki, Vətən müharibəsinin şəhidi Qəhrəmanov Üzeyir Xəlil oğlunun oğlu Xəlil Qəhrəmanlı Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Aparatında dövlət qulluğuna işə qəbul olunub.
Xəlil Qəhrəmanlı 1998-ci ildə Füzuli rayonu Bala Bəhmənli kəndində anadan olub, 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “iqtisadiyyat” ixtisası üzrə bitirib. 2021-ci ildə Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu vəzifəsi üzrə test imtahanında iştirak edərək müvəffəqiyyət qazanıb və müvafiq sertifikat əldə edib.


Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking