Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

MƏSƏLƏ QANUN ÇƏRÇİVƏSİNDƏ, OBYEKTİV HƏLL OLUNMALIDIR.

Baxılıb: 337     Tarix: 02-12-2021 12:00   
 
(Hacı) Güllü Atamoğlan qızı Məmmədova Şirvan şəhər 1 may küçəsi, ev 1 ünvanda yaşayır. Bu fərdi yaşayış evi hələ cox əvəllərdən ona babasından miras qalmışdır. Ailəsi, qardaşıyları ilə birlikdə yaşamışlar, necə diyələr bu ev onun dədə baba yurdudur. Vaxtilə bu ev iki mərtəbə olmuş, hamamı, damı, geniş darvazası, hasarı, bir sözlə yaşamaq üçün hər bir şəraiti olan ev sonradan təbii fəlakətlər və talancılıq ucbatından uculub dağılmış və qarət edilmişdir. Evin, həyətin şimal tərəfi 1 may küçəsi, şərq tərəfi isə Nizami küçəsi adlanır. 24 yanvar 1981 ci-il tarixli alqı-satqı (bəxşiş) müqaviləsində də evin Nizami küçəsi, ev 1 (və 1 may küşəsi, ev 1-ə bitişik) nömrəli ev olduğu yazılmışdır.
Elə əsil məsələdə bundan sonra başlayır. Müxtəlif ünvanlara haqlı haqsız şikayətlər və ərzələr baş alıb gedir.

Şirvan Apelyasiya Məhkəməsinin 8 sentiyabr 2020 -ci il tarixli 2 (106) 1154/2020 saylı qətnaməsi həyətin Hacı Güllü Məmmədovaya məxsus olduğunu təstiq etmiş və qanunsuz zəbt edilmiş, yerində sex tikilmiş ərazidən qapının əvəlki yerinə bərpa edilməyinə qətnamə verilmişdir.

Həqiqət naminə deyək ki, evin sənədləri texniki pasportu, çertiyoju (lahiyəsi) və digər sənədlərlə tanışlıq göstərir ki, həqiqətən evin ərazisi (Hacı) Güllü Məmmədovaya aiddir və bu işdə işğalcı Məmmədağa Əliyev zorakılığa əl atıb və işğalcının hec bir qanunu əsası yoxdur.

Bizə elə gəlir ki, məsələyə qanun cərcivəsində obyektiv baxılmalıdır və ədalətli qərar verilməlidir. Mübahisləli ərazinin kimə məxsusluğu müəyən edilməli haqlının tələbi ödəlilməlidir. Bu işdə isə Hacı Güllü Məmmədova haqlıdır. 21 sentiyabr --- 05 oktyabr 2018 -ci il tarixli “KORRUPSİYA VƏ QANUN”qəzetində bu barədə faktlarla sənədlərin və Hacı Güllü Məmmədovanın iddia ərizəsinin sürəti də dərc olunmuşdur.

Saxtaklıqla iş görmək olmaz. Şirvan şəhər İcra Hakimiyyətinin ad dəyişmə komisiyasının küçə adı dəyişməsindən istifadə edib Daşınmaz Əmlakdan saxta sənəd əldə edərək yer zəbbt etmək olmaz. Dələduzlar işğalçılıq fəaliyətində bundan istifadə edə bilər. Necə ki ediblər.
Görəsən əlaqədar təşkilatlar nə düşünürlər.

F.Səlimшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar