Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

DSX rəhbərliyi Rövşən Cahangirova məzəmmət elan edib

Baxılıb: 428     Tarix: 07-12-2021 10:51   

Dövlət Sərhəd Xidmətinin (DSX) “Baku TV”nin əməkdaşlarına qarşı nalayiq hərəkətlərə yol verən hərbi qullquçusu, mayor Rövşən Cahangirova məzəmmət elan edilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq DSX-nin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, DSX rəhbərliyi nəzakətsiz davranışına görə R.Cahangirova məzəmmət elan edib.
Xatırladaq ki, DSX-nin mayoru R.Cahangirov xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı şəhid olan sərhədçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən "Baku TV"nin əməkdaşlarına qarşı nalayiq hərəkətlər edib. O, jurnalistlərə qarşı kobudluq edib, onları əli ilə itələyib, media nümayəndələrinin çəkiliş aparmasına imkan verməyib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə əsasən, hərbi intizamı və ictimai asayişi pozan zabitlər ictimai qaydada məzəmmət edilirlər. Məzəmmət töhmətdən əvvəl tətbiq edilən cəza növüdür.

Qanunvehedef.azшаблоны для dle 11.2