Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Polis şəhidin anım günü tədbirinin çəkilişlərinə mane olub? - AÇIQLAMA

Baxılıb: 703     Tarix: 08-12-2021 12:20   

Şəmkir rayonu, Seyfəli kəndində şəhid Təbriz Namazovun anım günü polislərin tədbirin çəkilişinə mane törətməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
İddia edilib ki, şəhid ailəsinin istəyi əsasında Şəhidlər xiyabanında anım gününü çəkmək üçün dron gətirilib. Polis dronla çəkiliş aparan şəxsi xidməti avtomobilinə mindirərək bölməyə aparıb. Bu da şəhid ailələrinin, Seyfəli kənd sakinlərinin etirazına səbəb olub.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə hərbi-strateji obyektlər olduğu üçün, havadan rəqəmsal (dron) çəkiliş aparmaq qadağandır:
"Çəkiliş məhz buna görə dayandırılaraq, şöbədə həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq, izah edilib".

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar