Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Şirvanda Heydər Əliyevin xatirəsi anılıb - Fotolar

Baxılıb: 181     Tarix: 13-12-2021 10:59   

Şirvan şəhərində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib.
Qanunvehedef.az xəbər verir ki, dekabrın 12-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, millət vəkili İltizam Yusifovun, şura üzvlərinin, hüquq- mühafizə orqanlarının, ictimai-siyasi qurumların rəhbərlərinin iştirakı ilə keçirilən ümumşəhər tədbiri ulu öndərin şəhərin Heydər Əliyev Meydanında ucalan abidəsini ziyarətlə başlayıb. Abidə önünə gül dəstələri düzülüb, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra şəhərin Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlar, bu böyük dövlət xadiminin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri barədə geniş məlumatlar verilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçıları qarşısında çıxış edərək Ulu öndərin respublikaya rəhbərliyi dövründə ölkə iqtisadiyyatını hərtərəfli inkişaf etdirdiyini, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin iqtisadi, siyasi və hüquqi əsaslarını yaratdığını bildirib.
Tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Millət atası” sənədli filmə tamaşa ediblər.
Ümummilli liderin xatirəsinə həsr olunmuş anım tədbirlərinin davamı olaraq şəhərin Mədəniyyət Mərkəzində Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında Şuşa Dövlət Musiqili Dram Teatrının və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yaradıcı kollektivin ulu öndərə həsr etdiyi ədəbi-bədii kompozisiyanın təqdimat mərasimi keçirilib. Öncə Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını fəda edən ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi “Böyük ömrün dastanı” poeması əsasında hazırladıqları ədəbi-bədii kompozisiyanı tamaşaçılara təqdim edib. Ədəbi-bədii kompozisiya tədbir iştirakçılarında böyük dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, xalqımız qarşısında tarixi xidmətləri barədə zəngin təsəvvür yaradıb. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi ilə görüşərək kompozisiya barədə təəssüratlarını bölüşüb, yaradıcı kollektivə uğurlar arzu edib.





шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər