Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Türkiyə və Azərbaycan Ermənistanın ünvanına müsbət ismarışlarla çıxış ediblər”

Baxılıb: 344     Tarix: 16-12-2021 12:41   

“Türkiyə və Azərbaycan 44 günlük müharibədən sonra Ermənistanın ünvanına müsbət ismarışlarla çıxış ediblər”.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinə səfərinin yekunları ilə bağlı jurnalistlərə verdiyi açıqlamasında deyib.
“Bakının İrəvanla hərtərəfli sülh sazişi imzalamaq barədə çağırışları xüsusi əhəmiyyət kəsb edir. Bu siqnallar, həmçinin Türkiyə və Azərbaycanın məsələyə yanaşmasını nümayiş etdirir”, - deyə Çavuşoğlu əlavə edib.
O qeyd edib ki, Türkiyə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafın tərəfdarıdır: “Bizim niyyətimiz açıqdır. Azərbaycanın yalnız bir məqsədi var idi. Bu da ölkənin Ermənistan tərəfindən işğal olunan tarixi torpaqlarını geri qaytarmaq idi. Bunun da nəticəsi olaraq, məhz Bakı sülh sazişinə çağırır, bu isə o deməkdir ki, Azərbaycan son dərəcə konstruktivdir”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar