Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

DTX şəxsi heyəti Prezidenti təbrik edib

Baxılıb: 392     Tarix: 24-12-2021 12:26   

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.
Qanunvehedef.az həmin təbriki təqdim edir:
Möhtərəm cənab Prezident!
Zati-aliləri!
 Sizi həyatınızın əlamətdar günü - 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımızı çatdırırıq!
Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin möhkəm və sarsılmaz təməllər üzərində qurub yaratdığı, Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibinə, Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş Azərbaycan durmadan inkişaf edir və qüdrətlənir. Respublikamızda bütün sahələrdə qazanılan misli görünməmiş nailiyyətlər, ardıcıl uğurlar və əldə edilən şanlı qələbələr Sizin alternativi olmayan qətiyyətli strategiyanızın, dövlətimizin davamlı tərəqqisi naminə yorulmaz fəaliyyətinizin və gərgin əməyinizin sayəsində mümkün olmuşdur.
Müvəffəqiyyətlə yürütdüyünüz siyasi kurs, tutduğunuz prinsipial və cəsarətli mövqe Azərbaycanı dünyada etibarlı tərəfdaş, iqtisadi cəhətdən güclü dövlət, təhlükəsizlik və sabitlik məkanı kimi tanıtmışdır. Sizin rəhbərliyiniz ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi qələbə Azərbaycan xalqının qürurunu özünə qaytardı və adınızı xalqımızın tarixinə qızıl hərflərlə yazdırdı.
Daim xalqının qayğıları ilə yaşayan ölkə başçısı kimi həyata keçirdiyiniz sosialyönümlü islahatlar, vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində atdığınız inamlı addımlar Sizə olan tükənməz ümumxalq sevgisini daha da alovlandırır. Yüksək sərkərdəlik bacarığınız ilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində gerçəkləşdirdiyiniz layihələr hər bir vətəndaşda sonsuz qürur və iftixar hissi oyadır.
 Cənab Ali Baş Komandan!
Zati-aliləri!
 Sizi yubileyiniz münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, ailənizə xoşbəxtlik və səadət, doğma Vətənin işıqlı sabahları naminə misilsiz fəaliyyətinizdə yeni-yeni zəfərlər diləyirik.
Allah Sizi və ailənizi qorusun!
 Dərin hörmət və ehtiramla, 
 Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətiшаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar