Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Müzəffər Ali Baş Komandan - Xilaskar

Baxılıb: 614     Tarix: 24-12-2021 12:31   
  
Prezident İlham Əliyevin 44 günlük zəfər savaşında möhtəşəm qələbəsi barədə çox deyilib və yazılıb! Hələ bundan sonra da bu tarixi qələbəni vəsf edən çoxsaylı əsərlər işıq üzü görəcəkdir. Xalqımızı qələbəyə çatdıran məqamları bir daha diqqətə çəkirik:

Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev pilotsuz uçuş aparatlarını hücum və kəşfiyyat sahəsində geniş tətbiq edərək bu vasitələrin bütün imkanlarını tam parlaqlığı ilə düşmənə və dünyaya nümayiş etdirdi; Gözlənilən hücum istiqamətlərində düşmənin böyük həcmdə canlı qüvvəsini və silahlarını saxladaraq gözlənilməyən yerlərdən sürətli və qəfil hücumlarla ağır zərbələr endirdi; Hərbi əməliyyatlar zamanı diplomatiya sahəsində də fəallıq göstərərək istədiyinə nail olmayınca - düşmən ordusunun Azərbaycan ərazisindən çıxarılması qrafiki təqdim edilməyincə hərbi əməliyyatları dayandırmadı; Dünya erməniliyinin maliyyəsi ilə informasiya müharibəsinə qoşulan KİV-ə qarşı əzmlə döyüşərək hamısına qalib gəldi, Azərbaycan həqiqətlərini bir daha dünyaya çatdırdı, feyk xəbərləri ifşa etdi; Əvvəlcədən yerli şəraitə uyğun məkanlarda təlim keçirilərək mükəmməl şəkildə hazırlanan xüsusi təyinatlıların qüvvəsindən, şücaət və qəhrəmanlığından istifadə etməklə az qala yalın əllə Şuşanı düşməndən aldı və
Azərbaycanın mədəniyyət paytaxtına çevirdi!

Xalqımızın xilaskar oğlu cənab İlham Əliyev düşməni məhv edib ərazilərimizi geri qaytarmaqla uzun illər ərzində erməni əlində qalan torpaqları işğaldan, eləcə də yüz minlərlə insanı “məcburi köçkün” adından qurtardı!

Bu gün bəzi erməni siyasətçiləri, generalları hərdən papulistcəsinə başlarından böyük danışsalar da, içlərində Azərbaycana bütün parametrlər üzrə məğlub olduqlarını yaxşı bilirlər! Erməni əsgəri isə həm də mənəvi və psixoloji cəhətdən tar-mar edilib! Heç vaxt Azərbaycan əsgərinin qələbə hayqırtısı və dron uçuşunun səsi onun qulaqlarından çəkilməyəcək! Döyüş başlanan kimi daim bir gözü göydə qalacaq, başını soxmağa deşik axtaracaq. Bunu arvad paltarı geyinib qrimlənərək Qarabağdan qaçan ermənilər də sübut edir! Bunu İrəvanda avtobuslara mindirilərək aldadılıb Qarabağa gətirilən həmin hərbçilərin valideynlərinin yol kəsmələri, övladlarını maşınlardan düşürüb geri qaytarmaları da göstərir. Bunu barəsində fərari kimi cinayət işi açılan erməni ordusunun əsgərlərinin qorxaqlığı da sübut edir! Bunu indiyədək Azərbaycana məxsus ərazilərdən hələ də yığılan öldürülmüş erməni əsgərlərinin qalıqları da təsdiq edir.

Bəlkə də erməni generalları varlanmaq üçün yenidən Azərbaycanla müharibə etmək fikrinə düşər. Amma erməni əsgər və zabiti onu real ölüm gözlədiyi Azərbaycan ərazisinə keçərək güllə atmaq həvəsinə heç zaman düşməyəcək!

Bəli, İlham Əliyev Ermənistanı təkcə hərbi cəhətdən deyil, mənəvi-psixoloji sarıdan da darmadağın edib, onlara nəsilbənəsil unuda bilməyəcəkləri sağalmaz yara, yaddan çıxmaz zərbə vurub, dünya erməniliyini sarsıdıcı məğlubiyyətə uğradıb.

Azərbaycan xalqı öz Prezidentini sevir, onun sevincinə də, qəminə də şərik çıxmağa özünü haqlı sayır. Belə sevincli günlərdən biri də dekabrın 24-üdür. Həmin gün İlham Heydər oğlunun ad günüdür. Bu münasibətlə əziz Prezidentimizi şəxsən öz adımdan təbrik edir, ona ümummilli lider Heydər Əliyevin işıqlı ideyalarını gerçəkləşdirmək, Azərbaycan xalqını firavanlığa qovuşdurmaq yolunda fəaliyyətində uğurlar arzulayıram.

Saleh Sadıqov, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Hidroloji və Meliorativ Xidmət İdarəsinin rəisiшаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar