Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Müasir dünya İlham Əliyevi həm də mahir diplomat kimi tanıyır və qəbul edir

Baxılıb: 686     Tarix: 24-12-2021 12:42   
  

İlham Əliyevin ixtisası diplomatiyadır. Dünyaca şöhrəti olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Həm də təkcə bu məşhur təhsil ocağında oxumayıb. Sonralar müəllim kimi çalışaraq gələcək diplomatlara dərs də deyib.

Bu gün də Rusiyanın tanınmış siyasi ekspertləri İlham Əliyevlə qürur duyduqlarını gizlətməyərək onu “MQİMO-nun müdavimi” - deyə iftixarla təqdim edirlər. Şəkli təhsil ocağını bitirən, dünyanın tanınmış siyasətçiləri, dövlət xadimləri sırasına ucalan müdavimlərlə bir sırada, nümunəvi tələbə və diplomat kimi Şərəf lövhəsində saxlanılır.

Diplomatiya sahəsində məhsuldar və şərəfli bir yol da keçib. İlk böyük sınağı “Əsrin müqaviləsi” neft kontraktının imzalanması prosesində iştirakı olub. Uzun sürən və çətin keçən danışıqlar prosesində Azərbaycanın milli maraqlarının qorunmasını təmin edən əlverişli müqavilənin hazırlanmasına və imzalanmasına şəxsi töhfəsini verib.

Milli Məclisin deputatı olduğu dövrdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinə rəhbərlik edib, ölkəmizin maraqlarının müdafiəsində və təminində fəallıq göstərib, bu ali parlament qurumunda uğurlu fəaliyyətimizin prinsiplərini müəyyənləşdirib, təməlini qoyub. AŞ PA-nın vitse-prezidenti seçilib.

İlham Əliyevin diplomatik məharəti Azərbaycanın dünyada sabit, dayanıqlı, demokratik dövlət kimi tanınmasında, özünə çoxsaylı dostlar qazanmasında, maraqlar içində marağını qoruyub saxlamasında mühüm rol oynayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, danışıqlar vasitəsilə həlli prosesində biz dövlət başçısı İlham Əliyevi daim prinsipial, qətiyyətli, heç bir təzyiq və təhdid cəhdlərindən geri çəkilməyən, təmsil etdiyi dövlətin maraqlarını qətiyyətlə müdafiə edən döyüşkən diplomat kimi görmüşük! İlham Əliyevin məşhur “nəyi nə vaxt və necə etməli” prinsipi bu sahədəki fəaliyyətinin uğur və səmərəsini təmin edib. İlham Əliyev daim məsələni peşəkarlıqla, elmi və faktoloji cəhətdən ustalıqla əsaslandırmağı bacarıb.

İlham Əliyevin diplomatik məharəti müharibənin davam etdiyi müddətdə Azərbaycanın sıxışdırılmasına, savaşın başlıca hədəfə çatmadan dayandırılmasına, hərbi əməliyyatların gedişinə ermənipərəst qüvvələrin burun soxmasına, ölkəmizin təklənməsinə imkan vermədi! İlham Əliyevin diplomatik məharəti sərkərdə qüdrəti ilə birləşərək tarixi zəfərimizi təmin etdi!

Məhz İlham Əliyevin diplomatik məharətinin və dünyadakı nüfuzunun nəticəsidir ki, 120 ölkənin yekdil qərarı ilə 3 il ərzində dünyada BMT-dən sonra ikinci böyük təşkilat sayılan Qoşulmama Hərəkatına sədr seçildi, sonra da sədrlik müddəti daha bir il uzadıldı.

Türk Dövlətləri Şurasına rəhbərliyin 3 il ərzində İlham Əliyevə həvalə edilməsi onun bacarıq və məharətinə verilən yüksək dəyərdir.
İlham Əliyevin yüksək beynəlxalq nüfuzunu təsdiq edən daha bir fakt:

Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizənin əlaqələndirilməsi və gücləndirilməsi üçün BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması barədə təşəbbüs qaldırdı. Ermənistan istisna olmaqla BMT-yə üzv dövlətlər, BMT rəhbərliyi bu təşəbbüsü dəstəklədi və Baş Assambleyanın sessiyası uğurla keçdi.

İlham Əliyev xalqla münasibətdə səmimiyyətin ən ali səviyyəsini nümayiş etdirdiyindən, xalq da onunla səmimidir. Bu səmimiyyətin özünü daha çox büruzə verdiyi təqvim günləri vardır. Belə günlərdən biri də 24 dekabr - cənab İlham Əliyevin təvəllüd günüdür. Fürsətdən istfadə edib möhtərəm Prezidentimizi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Ona Azərbycanı tərəqqiyə qovuşdurmaq naminə fəaliyyətində uğurlar arzu edirəm.

Namiq  Ağamalıyev, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin İnşaat Kollecinin direktoru
шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar