Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İlham Əliyev Azərbaycana dostlar qazandırıb

Baxılıb: 639     Tarix: 24-12-2021 12:50   
 
Azərbaycanın “dünya erməniliyi” adlı böyük bir düşməni var! Bu düşmən torpaqlarımızı əlimizdən almaq, dünyanın hər yerindən erməniləri gətirib ərazilərimizdə məskunlaşdırmaq üçün dəridən-qabıqdan çıxdı. 27 illik işğal dövründə buna müəyyən dərəcədə nail də olmuşdu.

Bu düşmən bütün vasitələrdən - pulla müxtəlif ölkələrdəki siyasiləri, parlament üzvlərini ələ almaq, seçkilərdə “erməni səsi” dəstəyini vəd etməklə ayrı-ayrı dövlət başçılarının mövqelərinə təsir göstərmək, dünya KİV-ində öz adamlarını yerləşdirmək və yalanlarını təbliğ etmək üçün korrupsiyalaşmış televiziya kanalları, qəzet və informasiya agentlikləri vasitəsilə ictimai rəyə təsir göstərmək, müxtəlif beynəlxalq təşkilatların fəaliyyətini erməni maraqlarına yönləndirmək və digər üsullardan geniş istifadə edir. Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn tələbləri əsasında nizamlanmaması da dünya erməniliyinin vəsait və əməllərinin nəticəsidir.

Cənab İlham Əliyev bu gerçəkliyi lazımınca qiymətləndirərək dünya erməniliyinin fəaliyyətini zərərsizləşdirmək və önləmək üçün vaxtında, lazımi addımlar atdı. İlham Əliyevin müəllifi olduğu “hücum diplomatiyası”, beynəlxalq təşkilatlarda Azərbaycan təmsilçilərinin fəallaşdırılması, Azərbaycan-

Türkiyə diasporunun birgə fəaliyyətinin qaydaya salınması, Azərbaycanla əməkdaşlıq quran bütün dövlətlərin ölkəmizin maraqlarını daim dəstəkləmələrinin təmini, cənab İlham Əliyevin müxtəlif vaxtlarda rəhbərlik etdiyi nüfuzlu beynəlxalq təşkilatlarda gördüyü işlər sayəsində onların daim ölkəmizin maraqlarından çıxış etməsi dünya erməniliyi üzərində möhtəşəm qələbəyə yol açdı. Bunlar heç də Ermənistan ordusu üzərindəki qələbədən az əhəmiyyətli deyildir!

İlham Əliyevin tutduğu ikinci yol Azərbaycana həqiqi dostlar qazandırması və onların dəstəyindən məqamında istifadə etməsidir. Bu gün Rəcəb Tayyib Ərdoğan Türkiyəsi öz maraqlarını daim təmin etməyə qadir qlobal dövlətə çevrilib. İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dostluğu isə çoxdan mehriban qardaşlıq səviyyəsinə yüksəlib. Hər biri digərinə ən xoş və ürəkisidən şəkildə - əziz dostum, qardaşım, - deyərək müraciət edir. Bu dostluğun da, iki qardaş ölkə arasındakı münasibətlərin də indiki səviyyəyə yüksəlməsində Azərbaycan Prezidenti İlham Əliyevin böyük, danılmaz xidmətləri vardır. 44 günlük Zəfər müharibəsində Türkiyə Prezidenti də, dövləti də, xalqı da birmənalı şəkildə Azərbaycanın yanında oldu, bunu dəfələrlə, dönə-dönə bəyan etdi, hər cür kömək göstərdi.

İlham Əliyevin Azərbaycana dost etdiyi digər dövlətlər də - Pakistan, İsrail, Ukrayna, İtaliya, habelə Cənub Qaz Dəhlizinin ərazisindən keçdiyi bir çox dövlətlər daim Azərbaycanın haqq işini dəstəkləyir, hər yerdə və hərtərəfli köməklərini əsirgəmirlər.

 Müharibə dövründə BMT-nin Azərbaycanın ziyanına yeni qətnamə qəbul etməsinin qarşısını alan İlham Əliyevin rəhbəri olduğu Qoşulmama Hərəkatındakı dost ölkələr olmuşdur!

İlham Əliyevin şəxsi keyfiyyətləri, dost qazanmaq və hər zaman dosta əl tutmaq xüsusiyyəti dövləti maraqlarının həyata keçirilməsində də öz rolunu oynayır!

Bütün fəaliyyəti Heydər Əliyev ənənələrinin davam etdirilməsinin məntiqi nəticəsi olan cənab Prezidentimizi ad günü təbrik edir, ölkədə vətəndaş həmrəyliyinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi naminə həyata keçirdiyi fəal siyasətdə uğurlar arzulayıram.

 Tahir Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin Binə qəsəbə İƏD üzrə nümayəndəliyinin sədriшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar