Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Prezident İlham Əliyevin siyasi fəaliyyətinin təsir dairəsi yalnız Azərbaycanı deyil, bütün regionu əhatə edir

Baxılıb: 641     Tarix: 24-12-2021 13:09   
 
Hər hansı ölkənin beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, malik olduğu nüfuz və statusu bilavasitə həmin ölkənin liderindən, onun apardığı siyasətdən asılıdır. Çünki dövlət başçısı ölkənin beynəlxalq aləmdəki təmsilçisidir. Bu baxımdan, hazırda Azərbaycanın dünya dövlətləri arasında tutduğu layiqli mövqe, malik olduğu yüksək status Prezident İlham Əliyevin apardığı xarici siyasətin nəticəsidir.

Ulu Öndər tərəfindən əsası qoyulmuş, ölkəmizin maraqlarına cavab verən və tam müstəqil siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibi olmasına, mövqeyinin möhkəmlənməsinə, nüfuzunun davamlı şəkildə artmasına səbəb olub. Dövlətimizin başçısının apardığı xarici siyasət həm regional, həm də qlobal əhəmiyyət daşıması ilə seçilir. Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, Avropa ilə Asiyanı siyasi, iqtisadi və mədəni cəhətdən birləşdirən regional güc mərkəzinə çevrilib. Təsadüfi deyil ki, bu gün Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət dünya miqyaslı siyasi-iqtisadi proseslərin gedişatına həlledici təsir göstərə bilir.

Azərbaycan və onun lideri İlham Əliyev BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun və onun BMT-nin üzvü olan 3 həmsədr dövlətlərinin, beynəlxalq hüququn və beynəlxalq konvensiyaların gücünün çatmadığı, həll edə bilmədiyi Qarabağ problemini 44 gün ərzində uğurla həll etdi. Arxasında dünya erməniliyi, ayrı-ayrı ölkələrdəki ermənipərəst qüvvələrin dayandığı Ermənistanı, otuz il ərzində pulsuz silahlandırılaraq Qarabağda möhkəmlənmiş erməni ordusunu biabırçı şəkildə məğlub etdi, onlara diplomatiya sahəsində və informasiya müharibəsində də üstün gəldi.

Müharibənin aparılması, hərbi əməliyyatların bir çoxunun çəkilərək televiziya vasitəsilə nümayiş etdirilməsi, Ermənistanın kapitulyasiya aktına qol çəkərək Ağdam, Laçın və Kəlbəcər kimi istehkam rayonlarını dinməz-söyləməz geri qaytarması əsl möcüzə idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu möcüzəni dünyanın gözü qarşısında yaratdı. Dünya bunu gördü və bildi.

Türk Dövlətləri Təşkilatı qəhrəman Azərbaycan Prezidentinin bu zəfərini özünün ən yüksək mükafatına layiq görərək, onu Türk Dünyasının Ali Ordeni ilə təltif etdi.

Bu gün İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövrünü yaşayır, Cənubi Qafqazın ən güclü dövləti və söz sahibidir. Torpaqlarını işğaldan azad edən qalib xalqdır; dünya kosmos ailəsinin üzvüdür; logistika mərkəzi, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin qovuşduğu məkandır; dünyada sülhməramlı əməliyyatların fəal iştirakçısıdır; beynəlxalq idman yarışlarının həvəslə keçirildiyi yer, idman dövlətidir; Avropanın etibarlı enerji təminatçısıdır; multikultural ənənələri yaşadan tolerant ölkədir; daim inkişaf edən, beynəlxalq hüququn norma və prinsiplərini heç zaman pozmayan, humanitar aksiyalarda fəallıq göstərən, müstəqil, suveren dövlətdir!

Şanlı oğlunun şanlı yubileyi mübarək, qalib Azərbaycan!

Qara Allahverdiyev, Azərbaycan Kooperasiya Universitetinin rektor müşaviriшаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar