Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əli Həsənovun bacanağının 36 milyon manatlıq əmlakı müsadirə edildi

Baxılıb: 379     Tarix: 28-12-2021 13:50   

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun bacanağının müsadirə edilən əmlakının siyahısı məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Həsənovun cinayət işi üzrə təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti, 23 ev ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kvadratmetrdən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə olunub.
Məlumata görə, bu əmlak Ə.Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb. Daha sonra əmlakın üzərinə həbs qoyulub. Məhkəmə isə əmlakın müsadirə edilməsi ilə bağlı hökm çıxarıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Vəliyevə şərti cəza verilib

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar