Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Üçüncü doza vaksinasiyaya görə saxta sənəd düzəldən tibb işçisinə cinayət işi açılıb

Baxılıb: 616     Tarix: 29-12-2021 12:09   


 “Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşına saxta vaksin sənədi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, xəstəxananın Çalov kənd tibb məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla qeyd edilən tibb məntəqəsində tibb qardaşı işləyən Valeh Əhmədov tərəfindən Çalov kəndində yaşayan bir neçə şəxsin vaksin olunmadıqları halda III doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlərin edilməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Qobustan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar