Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ombudsman və Ruhi Əliyeva cəzaçəkmə müəssisəsindəki yeniyetmələrlə görüşdülər - Video

Baxılıb: 353     Tarix: 30-12-2021 15:32   

İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Səbinə Əliyeva, "Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva birgə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində məhbuslara baş çəkiblər.

Qanunvehedef.az xəbər verir ki, Səbinə Əliyeva və Ruhi Əliyeva yeniyetmələrin qayğıları ilə maraqlanıb, onlarla həmsöhbət olub. Ombudsman Aparatının və iş xanımı Ruhi Əliyevanın birgə təşkilatçılığı ilə yeniyetmələrə bayram sovqatı və üst geyimləri təqdim olunub.

Ombudsman Səbinə Əliyeva qeyd edib ki, çox sevindirici haldır ki, tərbiyə müəssisəsində cəza çəkən bir neçə uşağa ölkə başçısının humanist addımlarından biri olan amnistiya aktı şamil olunub: 
“Bəzi uşaqlar artıq azadlıqdadır, Yeni ili ailələri ilə birgə keçirəcəklər. Biz buna görə müzəffər Ali Baş Komandana təşəkkür edirik”.

R.Əliyeva çıxış edərək yeniyetmələrin səhvlərindən nəticə çıxaracaqlarına inandığını bildirib: 
“Təbii ki, səhvsiz insan yoxdur. Kimimiz böyük, kimimiz kiçik səhvlər edirik. Əsas odur ki, bu səhvlərdən nəticə çıxarmağı bacaraq. Siz özünüzü yalnız hiss etməyin. Ombudsman Səbinə xanımla sizinlə bağlı tez-tez danışırıq. Sizə daim dəstək olmağa çalışacam. Yaşadığınız bu dönəm bir sınaqdır. Əminəm ki, sonda təmiz və faydalı gənclər olaraq cəmiyyətə qayıdacaqsınız”.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar