Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Elmar Məmmədyarovun atası vəfat edib

Baxılıb: 397     Tarix: 02-01-2022 16:00   

Görkəmli Azərbaycan alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Azərbaycanın əməkdar Elm Xadimi Məhərrəm Məmmədyarov ömrünün 98-ci ilində dünyasını dəyişib.
Alimin fəaliyyətində üzvi kimya, neft kimyası, neft kimyası, neft-kimya biotexnologiyaları sahəsində tədqiqatlar xüsusi yer tuturdu.
Belə ki, onun rəhbərliyi ilə hərbi sənayenin tələblərinə cavab verən yeni tipli sintetik efir yağlarının sintezi, neft karbohidrogenlərinin mikrobioloji transformasiyası aparılmışdır.
Neft oksidləşdirici mikroorqanizmlərin fizioloji fəaliyyəti əsasında layın neftveriminin artırılması üçün biotexnologiya işlənib hazırlanmışdır və bu üsul Abşeron yarımadasının bir sıra neft hasilatı yataqlarında tətbiq edilmişdir.
Məhərrəm Məmmədyarov 250-dən çox çap olunmuş elmi işin, 3 monoqrafiyanın, 39 patentin və müəllif şəhadətnaməsinin müəllifidir. 70 ildən artıqdır ki, kimya sahəsində müxtəlif tədqiqatlarla məşğul olmuşdur.
Turan-a məlum olub ki, o, yanvarın 2-də Bakıda İkinci Fəxri xiyabanda dəfn ediləcək.
Məhərrəm Məmmədyarov Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun atasıdır.

Allah rəhmət eləsin.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar