Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Həbsdə olan icra başçısının cəzası azaldıldı

Baxılıb: 809     Tarix: 12-01-2022 13:58   

Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədovun cəzası azaldılıb.
Qanunvehedef.az xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb. Qərara əsasən, sabiq icra başçısının həbs müddəti 6 ilə endirilib.
Qeyd edək ki, Qoca Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
O, 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Xatırladaq ki, Qoca Səmədov səhhərindəki problemlərlə əlaqədar ötən ilin sentyabrında həbsdən buraxılmışdı. Ürək əməliyyatı keçirən sabiq icra başçısı daha sonra yenidən həbs edilmiş və ona hökm oxunmuşdu.



Ən çox oxunanlar
{sape_links}{sape_article}