Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Məişət zorakılığı ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi üçün təkliflər hazırlanıb

Baxılıb: 267     Tarix: 25-01-2022 13:13   

“Məişət zorakılığı ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi üçün təkliflər aidiyyatı qurumlara göndərilib”.
“Report”un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, bu, təkcə Dövlət Komitəsinin qəbul edə biləcəyi qərar deyil: “Əlaqədar qurumlar bununla bağlı razılaşdırılmış mövqe ifadə etməlidirilər. Yalnız ondan sonra veirlmiş təkliflər Milli Məclisə göndərilə bilər. Hazırda təklifləri göndərmişik və razılaşdırma mərhələsindədir. Təkliflər arasında şiddətin dərəcəsinə görə cinayət məsuliyytinə cəlb olunma tələbi və digər profilaktik tədbirlərlə bağlı təkliflər var. Cinayət qanunvericiliyinə ailədaxili zorakılığın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müddəların daxil edilməsi təklifi var.
Düşünürəm ki, insan üçün ən təhlükəsiz sığınacaq onun ailəsidir. Çalışmalıyıq ki, insanlar özlərini rahat, azad, təhlükəsiz hiss etsin”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar